AZ

Fransa 100 il əvvəl oğurladığı tarixi nağaranı qaytarır - FOTO

Fransa və Kot-d'İvuar hökumətləri arasında imzalanan sazişə əsasən, fransız tərəfi XX əsrdə müstəmləkə dövründə ölkədən oğurlanmış mədəni dəyərə malik tarixi nağaranı Afrika ölkəsinə qaytaracaq.

News24.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Nağara unikal mədəni və musiqi dəyəri olan bir artefakt hesab olunur. Yerli tayfalar tərəfindən mühüm tədbirlər və yığıncaqlar zamanı başlıq kimi istifadə edilirdi.

Fransız ordusunun əsgərləri 1919-cu ildə onu müsadirə ediblər. Nağara Parisdəki Branli muzeyində saxlanılır. Yaxın vaxtlarda hər iki tərəfin mədəniyyət nazirlərinin razılığına əsasən nağara Afrika tərəfinə veriləcək.//publika.az 


Seçilən
56
1
news24.az

10Mənbələr