AZ

Azərbaycanlı nüvə mütəxəssisləri hazırlanır

Azərbaycanın elmi və texnoloji potensialı güclənir, yaşıl keçid çərçivəsində irimiqyaslı layihələrə başlanıb.

Olaylar xəbər verir ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru Qriqori Trubnikov bildirib ki, Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Səfir isə BNTİ-də Azərbaycan alimlərinin fəal iştirakı və elmi əməkdaşlığın artırılması barədə məlumat verib.

Azərbaycan 1992-ci ildən BNTİ-nin üzvüdür və hal-hazırda burada 30-a yaxın Azərbaycan mütəxəssisi çalışır. BNTİ-də əsasən nüvə fizikasından, radiasiya ekologiyasından və enerjidən bəhs edən layihələr həyata keçirilir. Azərbaycanın bu institutla əməkdaşlığı böyük elmi imkanlar yaradır, çünki BNTİ yüksək texnologiyalı qurğularla təchiz olunub.

Səfir Rəhman Mustafayev, həmçinin, Azərbaycan-Rusiya universitetinin yaradılması üzərində işlərin davam etdiyini vurğulayıb və bu universitetin BNTİ ilə gələcək əməkdaşlığında mühüm rol oynayacağını qeyd edib. O, 8 minə yaxın azərbaycanlı tələbənin Rusiyada təhsil aldığını və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsini təklif edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi məsələsi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Rafael Qrossi bildirib ki,  Azərbaycan öz gələcəyi üçün enerji həlləri sırasına bir seçim kimi nüvə enerjisini də əlavə etməyi düşünür.

O bildirib ki, beynəlxalq təşkilat olaraq məqsəd nüvə enerjisinə üz tutmağı hədəfləyən ölkələrin bu prosesi təhlükəsiz və problemsiz şəkildə həyata keçirməsini təmin etməkdir:

"Bu məsələ bizdən maliyyələşməni müzakirə etməyi tələb edir. Bütün sahələrdə olduğu kimi, burada da maliyyə çox vacibdir. Keçmişdə nüvə sahəsində bir sıra maneələr və məhdudiyyətlər olub, ancaq bunu müzakirə etmək istəmirəm. Qeyd etməliyəm ki, dünya miqyasında nüvə enerjisinə maraq artır. Bəzi ölkələrdə yeni layihələr var və COP zamanı "Yeni nüvə" dediyimiz məsələlər, xüsusilə də kiçik modul reaktorlar haqqında çoxlu maraqlı görüşlər keçirildi. Bu reaktorlar bu günlərdə hər kəsin diqqətini çəkən innovativ inkişafdır". MAQATE direktoru diqqətə çatdırıb ki, xüsusilə karbonsuzlaşmaya və böyük miqdarda enerjiyə ehtiyacı olan sənaye sektorları indi nüvə sənayesindən bu tələbləri qarşılamaq üçün həll yolları gözləyir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
4
olaylar.az

5Mənbələr