İngiltərənin Nyuport şəhərində maraqlı bir hadisə baş verib. “Bitcoin”in çıxdığı ilk günlərdə 8000 bitkoin alan və sabit diskində saxlayan 39 yaşlı Ceyms Houell, dəyəri 569 milyon funt-sterlinqə qalxan və zibilliyə atılan kompüter diskini tapmaq üçün hərəkətə keçib.

İndex.az xəbər verir ki, 2013-cü ildə Howellin xəbəri olmadan diski iş yerində içərisində nə olduğunu bilməyən iş yoldaşı onu zibilliyə atıb.

11 ildir davam edən axtarış dövründə “Bitcoin”in dəyəri isə zirvəyə qalxıb.

Nyuport Şəhər Şurasından 100 min ton basdırılmış zibilin axtarışı üçün icazə istəyən “Bitcoin” qurbanı Ceymsə bu icazə verilməyib.

Bələdiyyə tərəfindən “Docksway” zibilxanasına girmək icazəsi verilməyən Howell indi bələdiyyədən 495 milyon funt sterlinq tələb etməyə hazırlaşır.

BBC-yə danışan Howell deyib: “Məncə, onlar mənim icazəm olmadan mülkümü ələ keçiriblər və orada axtarış aparmağa icazə verməyəcəklər”.

Gələn il pulunun bir milyard funt-sterlinqə çatacağını düşünən Howell dedi: “Hazırda Nyuportda təxminən 750 milyon dollar dəyərində sərvət var və Nyuport Şəhər Şurası onu axtarmaq istəmir. Mənə də icazə vermirlər”.

Howell əvvəlcə bələdiyyəyə “Bitcoin” diskini tapmaq müqabilində 25 faiz təklif etsə də, indi bu rəqəmi 10 faizə endirib. Hər iki təklifi rədd edən Şəhər Şurası iddiaların əsassız olduğunu iddia edir.