AZ

Qazaxıstanda mühüm obyektlərin mühafizəsi gücləndirildi: Tokayevdən tapşırıq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi və mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

Bu barədə sosial şəbəkə hesabında dövlət başçısının mətbuat katibi Berik Uali bildirib.

O bunu Ukraynada gərginliyin artması ilə əlaqələndirib.

Qazaxıstan parlamentinin palata sədrləri görülən tədbirlərlə bağlı məlumatlandırılıblar.

Mətbuat katibi qeyd edib: “Ölkədəki vəziyyət prezidentin şəxsi nəzarətindədir. Dövlətimiz üçün əsas strateji məqsəd sabitliyi, əmin-amanlığı, asayişi qorumaqdır. Qazaxıstan dəfələrlə iki slavyan xalqı arasında düşmənçiliyin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub”.

"Cebheinfo.az"

Seçilən
5
cebheinfo.az

1Mənbələr