AZ

Ukraynanın endirdiyi zərbə nəticəsində KXDR generalı yaralanıb -WSJ

Kursk vilayətində Ukraynanın endirdiyi zərbə nəticəsində Koreya Xalq Ordusunun yüksək rütbəli generalı yaralanıb.

Bu barədə “The Wall Street Journal”ın noyabrın 21-də adı açıqlanmayan Qərb rəsmisinə istinadən verdiyi məlumatda bildirilir.

Mənbə Şimali Koreya hərbi liderinin hansı şəraitdə yaralandığını açıqlamayıb. Yaralı generalın adı da açıqlanmır.

WSJ-nin qeyd etdiyi kimi, Qərb hakimiyyət orqanlarının məlumatına görə, Rusiya-Ukrayna müharibəsi zamanı Şimali Koreyanın yüksək rütbəli hərbçisinin yaralanması ilk dəfədir.

Şimali Koreyanın BMT missiyası “The Wall Street Journal”ın sorğusuna cavab verməyib.

Seçilən
13
buta.media

1Mənbələr