AZ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin qərarını rədd edir

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dünənki qərarı geniş müzakirə mövzusuna çevrilib. Söhbət  İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsindən gedir. Avropa dövlətləri BCM-in qərarını dəstəkləsə də ABŞ buna sərt reaksiya verib. Pentaqon rəsmi şəkildə  qərarı rədd etdiyini bildirib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqində jurnalistlərə bildirib ki, ABŞ BCM-nin həbs qərarını köklü şəkildə rədd edir: “Biz prokurorun tələskənliyindən və baş vermiş bəzi proseslərdən narahatıq. Həm də BCM bu məsələ ilə bağlı yetərli yurisdiksiyaya malik deyil.” Yeri gəlmişkən,BCM Netanyahu və Gallantı müharibə cinayətləri, o cümlədən aclıqdan müharibə üsulu kimi istifadə etmək və mülki insanları hədəf almaqda ittiham edib.

Prezident Bayden də məhkəmənin qərarını pisləyib:”BCM-nin İsrail liderlərinə qarşı həbs orderi verməsi yolverilməzdir.Beynəlxalq Cinayət Məhkəməsinin nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Biz həmişə İsrailin yanında olacağıq”.

İsrail prezidenti İsaak Hersoq da məhkəmənin qərarını pisləyib: “Pis niyyətlə qəbul edilən qərar ümumbəşəri ədaləti universal gülüş obyektinə çevirdi.Bu, müttəfiqlərin nasistlər üzərində qələbəsindən bu günə qədər ədalət uğrunda mübarizə aparanların hamısının fədakarlığına lağ edir.”

İsrail BCM-nin həbs qərarlarını təsdiq etməsinə mane olmaq üçün bir neçə uğursuz cəhd göstərib. Onlar əvvəlcə BCM-nin İsrail üzərində yurisdiksiyasının olmamasını iddia ediblər. Sonra məhkəmənin qərar qəbul etməsinə mane ola bilməyiblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr