AZ

Avtomobil idarə edərkən ara məsafənin saxlanmaması barədə sürücülərə müraciət edildi (VİDEO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməMərkəzi nəqliyyat vasitəsini idarə edərkən ara məsafəninsaxlanmaması barədə məlumat yayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, sürücü sürətdən vəhərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki,qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və yagözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkünolsun:

"Bu qayda dəfələrlə sürücülərin diqqətinə çatdırılıb və onlarınmaariflənməsi məqsədilə bir çox tədbirlər görülüb, ancaq təəssüflərolsun ki, göstərilən səbəbdən yol-nəqliyyat hadisələri tez-tez başverir. Ölüm və xəsarətlə, yaxşı halda isə maddi zərərlə nəticələnənbelə qəzalar yollarda nəqliyyatın hərəkətində ləngimələrə də səbəbolur".

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərinmaariflənməsi məqsədilə paytaxtın müxtəlif küçə və prospektlərindəara məsafəsinin saxlanılmaması səbəbindən baş verən yol-nəqliyyathadisələri ilə bağlı videoməlumatı təqdim edib.

Seçilən
20
25
az.trend.az

10Mənbələr