AZ

Tramp ABŞ-ın maliyyə naziri vəzifəsinə Kevin Uorşun namizədliyini irəli sürəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin keçmiş üzvü Kevin Uorşun Xəzinədarlıq Departamentinin rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyib...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin sözlərinə görə, Tramp Uorşun Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək istəyir və 2026-cı ildə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) hazırkı rəhbəri Cerom Pauellin səlahiyyət müddəti bitdikdən sonra Uorşuin FES-ə rəhbərlik etməsini istəyir.

Tramp həmçinin investor Scott Bessenti Milli İqtisadi Şuranın rəhbəri vəzifəsinə təyin etməyi, daha sonra Uorş FED-in sədri olarsa, onun Xəzinədarlıq katibi vəzifəsinə namizədliyini irəli sürməyi düşünür.

Noyabrın 18-də Bloomberg Agentliyi xəbər verib ki, Tramp komandasında Xəzinədarlıq Departamentinin rəhbəri postu uğrunda mübarizə gedir. Bu vəzifəyə əsas namizədlər Skott Bessent və Respublikaçılar Partiyasının keçid komandasının liderlərindən biri, milyarder Hovard Lutnik olub.

Agentlik mənbələrinin məlumatına görə, Tramp gedən mübarizədən narazı qalıb və buna görə də onun qərargahı bu vəzifəyə yeni namizədlər axtarmağa başlayıb. Sonradan məlum olub ki, seçilmiş prezident Latnikin ticarət naziri təyin edilməsini təklif edib.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr