AZ

Bitkoinin qiyməti 100 min dollara yaxınlaşır


Bakı vaxtı ilə saat 07:17-ə olan məlumata görə, bitkoinin qiyməti 4,42% artaraq bütün dövrlərin ən yüksək həddinə çatıb.
Yeniavaz.com
“Binance” platformasına istinadla xəbər verir ki, bitkoinin qiyməti 99 min dolları keçərək 99 min 136 dollara çatıb.
Bakı vaxtı ilə saat 07:33-ə olan məlumata görə, bitkoinin artımı yavaşlayaraq, 98 min 598 dollar (+3,17%) təşkil edib.
Mütəxəssislər bildirirlər ki, bitkoin yaxın günlərdə asanlıqla 100 min dollara çata və artımını 300 min dollara qədər davam etdirə bilər.
Mütəxəssislərin fikrincə, kriptovalyutanın bahalaşması bir neçə amillə bağlıdır. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vədləri burada mühüm rol oynayır. O cümlədən, ABŞ-ni qlobal kriptovalyuta mərkəzinə çevirmək üçün iddialı planlar da bu amillərdən biridir.
İnvestorların kriptovalyutaya artan diqqəti geosiyasi böhranlar zamanı bitkoin və digər stabil koinlərin tez-tez potensial müdafiə aktivi kimi qəbul edilməsi ilə bağlıdır. Belə ki, investorlar ənənəvi bazarlardakı dəyişkənlikdən müdafiə olunmaq üçün tez-tez yollar axtarırlar.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Seçilən
10
1
yeniavaz.com

10Mənbələr