AZ

Türkiyə "dərin dövləti"nin SİRRİ: Nüvə silahı...

ABŞ nəşri yazır ki, İran bombası reallığa çevriləcəksə, bu, Türkiyəni də nüvə bombası yaratmağa məcbur edəcək

Əsas media qurumlarının gərəkli diqqəti yetirmədiyi çox təhlükəli bir proses yaxın ətrafımızda səssizcə davam edir. Qısa zamanda həm Ukraynanın, həm də İranın nüvə silahı əldə edəcəyi ilə bağlı çox ciddi məlumatlar var.

“The Times” qəzeti Ukraynanın cəmi bir neçə ay ərzində “sadə atom bombası” yaratmaq gücündə olduğunu yazıb. Sadə bomba ABŞ-ın Xirosimaya atdığı “Gombul adam” (Fat Man) tipli bombalara deyilir. Maraqlı olan bütün tərəflər etiraf edir ki, qısa müddətdə Ukraynanın atom bombası yaratması texniki cəhətdən mümkündür. 

İranın da uzun illərdir Buşer AES-i fəaliyyət göstərir, deməli, Tehran da texniki olaraq atom bombası yaratmaq potensialına sahibdir. Tehranın nüvə silahı iddialarının olduğu bilinən faktdır. Fars hakimiyyəti nümayəndələri açıq şəkildə “nüvə bombası yarada bilərik, bizə mane olan yalnızca Xameininin fətvasıdır” bəyanatları verirlər.

“The Times” yazır ki, İranın atom bombası əldə etməsi təkcə İsrail üçün təhlükə deyil. İran bombası reallığa çevriləcəksə, bu, həmin anda Səudiyyə Ərəbistanı və Türkiyəni də nüvə bombası yaratmağa məcbur edəcək.Azpolitika.info yazır ki, burada bir məqama diqqət yetirək və Ərdoğanın hələ 2019-cu ildə gur səslə bəyan etdiyi “Sizin atom silahınız varsa, bizdə niyə olmamalıdır?!” bəyanatını yada salır. Həmin dövrdə sanballı Qərb media orqanlarında “Türkiyənin atom bombası var, amma elan edilmir” tipli yazılar yer almışdı.

Seçilən
7
sitat.info

1Mənbələr