Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.
Budəfəki müsahibimiz: İqtisadi ƏməkdaşlıqTəşkilatının (İƏT) Baş katibi Əsəd.
Əsəd Xan COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində vurğulayıbki, İƏT inkişaf etməkdə olan 10 ölkəni, o cümlədən COP29-un sədrikimi Azərbaycanı birləşdirən hökumətlərarası təşkilat kimi bukonfransa böyük əhəmiyyət verir. "Maliyyə konfransı" adı ilətanınan COP29 inkişaf etməkdə olan ölkələrin iqlim çağırışlarınacavab olaraq genişmiqyaslı ehtiyaclarını qarşılayacaq YeniKollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə razılığın əldə olunmasınaümid bəsləyir.
"Bizim regionumuz Cənub və Qərbi Asiyadan Mərkəzi Asiya vəQafqaza qədər ölkələri əhatə edir. Bu ölkələrin bir çoxu iqlimdəyişikliyinin mənfi təsirlərinə qarşı ən həssas bölgələrdəndir.Torpaqların deqradasiyası, su çatışmazlığı, səhralaşma vəbuzlaqların əriməsi kimi problemlər regionumuz üçün ciddi təhlükəyaradır. İqlim dəyişikliyi regionumuzda 500 milyondan çox insanüçün ekzistensial təhlükə yaradır. Məhz bu səbəbdən bu məsələ bizimgündəmimizdə prioritet yer tutur və onun inkişafını diqqətləizləyirik", — deyə Əsəd Xan bildirib.
Əsəd Xan vurğulayıb ki, iqlim dəyişikliyinə qarşı mübarizəninuğuru, xüsusən də İƏT ölkələri kimi həssas regionlarda, maliyyəresursları da daxil olmaqla, tələb olunan vasitələrin proporsionaltəminatından asılıdır.
"Həssas ölkələrə yalnız yaşıl deyil, eyni zamanda heç kimikənarda qoymayacaq ədalətli keçid lazımdır. Biz inanırıq ki, yaşılkeçid hər kəs üçün işləməsə, sonda heç kim üçün işləməyəcək. Bunagörə də bu prosesin bütün ölkələr üçün bərabər fayda təmin etməsi,eyni zamanda iqlim dəyişikliyinə daha az təsir göstərmiş və bunagörə ən az məsuliyyət daşıyan ölkələrə əlavə yük yüklənməsininqarşısını almaq olduqca vacibdir", — deyə İƏT Baş katibi əlavəedib.
O, həmçinin bildirib ki, İƏT Katibliyi Azərbaycanın COP29Sədrliyi ilə birgə İƏT regionunda resursların effektiv istifadəsi,davamlılıq və dairəvi iqtisadiyyat üzrə “RESCUE” adlı yeni RegionalTəşəbbüs hazırlayıb.
"Bu təşəbbüs COP29 çərçivəsində İƏT, UNEP və COP29-un sədrliyiilə təşkil olunan Dairəvi İqtisadiyyat üzrə Nazirlər Görüşündətəqdim olundu. Təşəbbüs resursların effektiv istifadəsinə, dairəvivə bərpaedici iqtisadiyyata ədalətli keçidi təşviq edən regionaləməkdaşlıq platforması yaradaraq, regionun iqlim dayanıqlığınınartırılmasına əhəmiyyətli töhfə verə bilər.
Biz tez-tez ekoloji aspektlərin inkişaf və iqlim fəaliyyətisahələrimizə inteqrasiyasının əhəmiyyətini vurğulayırıq. Bu,ekoloji və iqlim fəaliyyətlərinin təşviqində mühüm rol oynayır.Dairəvi iqtisadiyyat resurslardan səmərəli istifadə, tullantılarınazaldılması, dayanıqlı istehsal və istehlaka diqqət yetirərək, buməqsədlərə çatmaq üçün effektiv əsas yaradır.
Bundan əlavə, bu yanaşma nəsillər boyu inkişaf etdirdiyimizdəyərləri və ənənələri gücləndirir, təbii resurslara vəekosistemlərə hörmət etməyi və onları qorumağı təşviq edir.Resursların idarə edilməsi və dayanıqlığa bu cür kompleks yanaşmayenilikçi iqtisadi modelləri zamanla sınaqdan keçirilmiş ənənəvitəcrübələrlə birləşdirən daha effektiv strategiyalarınhazırlanmasına imkan verir", — deyə Əsəd Xan vurğulayıb.
Əsəd Xan həmçinin, COP29 çərçivəsində fəaliyyətə başlayanİƏT-UNİDO Təmiz Enerji Mərkəzinə toxunaraq, layihənin əsasməqsədinin İƏT-ə üzv ölkələrin müasir, əlçatan, etibarlı vədayanıqlı enerji xidmətlərinə çıxışını təmin etmək, enerjitəhlükəsizliyini gücləndirmək və enerji sektorunun mənfitəsirlərini minimuma endirmək olduğunu qeyd edib.
"Mərkəzin dayanıqlı enerji bazarlarının inkişafına vəinvestisiyaların cəlb olunmasına katalizator olması gözlənilir. Bizinanırıq ki, o, Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin QlobalŞəbəkəsində layiqli yerini tutacaq. Mərkəzin fəaliyyətindən əsasfaydalananlar bərpa olunan enerji mənbələri (BEM) və enerjisəmərəliliyi (ES) bazar iştirakçıları, həmçinin, İƏT regionundaəsas vasitəçilər olacaq. Xüsusilə də, mərkəzin fəaliyyətindənhökumət orqanları, tənzimləyici qurumlar, özəl sektor,istehsalçılar, layihə işləyib hazırlayanlar, maliyyə qurumları,müstəqil enerji istehsalçıları (MEİ) və üzv ölkələrin enerji şəbəkəoperatorları faydalanacaq.
Bundan əlavə, İƏT regionunun daha geniş əhalisi də Bərpa OlunanEnerji Mənbələri (BEM) texnologiyaları və sistemlərinin, eləcə dəenerji səmərəliliyi üzrə həllərin və xidmətlərin tətbiqinin artmasıhesabına müasir enerji xidmətlərinə çıxış əldə edəcək", — deyə İƏTBaş katibi bildirib.
Əsəd Xan qeyd edib ki, GN-SEC şəbəkəsində toplanmış təcrübəCECECO-nun yaradılması və səmərəli fəaliyyəti üçün olduqca dəyərliolacaq.
"Mövcud mərkəzlərin davamlı fəaliyyəti göstərir ki, bir çoxrisklər müəyyən edilib və hər bir vəziyyətin xüsusiyyətlərinə uyğunşəkildə aradan qaldırılıb. Bu səbəbdən GN-SEC şəbəkəsi CECECO üçünvacib resurs rolunu oynayacaq və risklərin idarə olunmasında daimidəstək təmin edəcək", — deyə o vurğulayıb.
Baş katib CECECO-nun əsas strategiyalarını açıqlayıb:
— Dayanıqlı enerjinin təşviqi üçün regional agentliyinyaradılması və onun səmərəli idarə olunmasının təmin edilməsi.
— Siyasət, hüquq və stimullaşdırıcı mexanizmlər üçün əlverişlişəraitin yaradılması.
— Dayanıqlı enerji sahəsində səmərəli kvalifikasiya, innovasiya,sertifikatlaşdırma və akkreditasiya sistemlərinin tətbiqi.
— Məlumat və biliklərin idarə olunması, məlumatlılığınartırılması və dayanıqlı enerji təşəbbüslərinin aktiv şəkildətəşviqi.
— Dayanıqlı enerji infrastrukturu, istehsal və xidmətsektorlarına investisiyaların cəlb edilməsi.
O, CECECO-nun yerləşdirilməsi təşəbbüsünə görə Azərbaycana dərintəşəkkürünü ifadə edib. Bu, Azərbaycanın İƏT fəaliyyətinə verdiyitöhfəni və dayanıqlı inkişaf, eləcə də iqlim dayanıqlığınıgücləndirmək üçün təmiz enerji təşəbbüslərini təşviq etmə səyləriniəks etdirir.
"Biz gözləyirik ki, İƏT-ə üzv olan bütün dövlətlər Mərkəzinfəaliyyətində aktiv iştirak edəcəklər. Bu, CECECO Nizamnaməsininimzalanması və ratifikasiyasını, könüllü vəsaitlərin ayrılmasıməsələsinin nəzərdən keçirilməsini, habelə siyasi və texnikidəstəyin göstərilməsini əhatə edir.
Vəsaitlərin toplanması əsas elementdir və burada maraqlıtərəflər — İƏT, UNİDO, Mərkəzin yerləşdiyi ölkə, digər üzvdövlətlər və beynəlxalq donorlar mühüm rol oynayır. İƏT KatibliyiUNİDO və digər potensial tərəfdaşlarla sıx əməkdaşlığı davametdirəcək ki, Mərkəzin uğurlu, dayanıqlı və səmərəli fəaliyyətitəmin edilsin", — deyə Əsəd Xan fikrini yekunlaşdırıb.
X: @Lyaman_Zeyn