AZ

Paşinyanın son kar dəyişiklikləri nədən xəbər verir?

İddia olunur ki, hökumət daxilində Paşinyana ciddi təzyiqlər göstərirdilər...

Siyasi-şərhçi: “Paşinyan heç bir qruplaşmaya üstünlük vermir və verə də bilməz. Niyə? Bu sualın cavabı genişdir. Qərbmeylli qrupa üstünlük versə, Rusiyameyllilər daha da səfərbər olar, eyni zamanda, Kreml yekun qərarını Nikol barədə verə bilər. Eləcə də, əksi olsa, eyni durum yaşanar”.

“Erməni baş nazirin vəziyyəti Azərbaycanla sülh müqaviləsi rəsmi Bakının şərtləri daxilində imzalanandan sonra gərginləşəcək və reytinqində ciddi itirmələr olacaq”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ermənistanın baş nazirinin son kadr dəyişikliklərini Poliqon-a şərh edərkən qeyd edib.

Məlumdur ki, hökumət daxilində Paşinyana ciddi təzyiqlər göstərirdilər. Paşinyan komandası içərisində üç əsas qrup var. Onlardan biri Rusiyayönlü, digəri Qərbmeyilli, üçüncüsü isə ultra-millətçilər, revanşist qüvvələrdir. İddia olunur ki, bu qruplar daxilində gedən daxili mübarizə Paşinyanın hökuməti idarə etməsində ciddi problemlər yaradırmış.

Bu baxımdan, Ermənistanın baş nazirinin son kar dəyişiklikləri nədən xəbər verir və bu son kadr dəyişiklikləri Paşinyanın hansı qruplaşmaya üstünlük verdiyini göstərir?

Ermənistanda baş verən siyasi gedişləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Erməni baş nazirin son kadr dəyişiklikləri xalqa yönəlik imitasiya xarakteri daşıyır”.

Paşinyana ona müxalif olan qüvvələrin pərən-pərən düşməsinin tam sərf etdiyini vurğulayan ekspert Poliqon-a bildirib ki, bu qüvvələrin özləri də tutduqları postları indiki vəziyyətdə itirmək fikrində deyillər:

“Paşinyan heç bir qruplaşmaya üstünlük vermir və verə də bilməz. Niyə? Bu sualın cavabı genişdir. Qərbmeylli qrupa üstünlük versə, Rusiyameyllilər daha da səfərbər olar, eyni zamanda, Kreml yekun qərarını Nikol barədə verə bilər. Eləcə də, əksi olsa, eyni durum yaşanar. Burada isə, təbii ki, Rusiyanın və rusmeylli qüvvələrin əl-qolu daha genişdir. Paşinyan müharibə istəmir və ona görə də, millətçilərə üstünlük verə bilməz. Çünki, onlar revanş hissinə bürünüblər. Paşinyan isə hiyləgər bir siyasətçidir və bəzən reallıqları qiymətləndirməyi bacarır. Bilir ki, Dəmir Yumruq ikinci dəfə başlarına dəysə, bu dəfə Ermənistanın dövlətçilik məsələsi sual altına düşəcək.

Ona görə də, Paşinyan son dərəcə bu qüvvələr arasında balansı qorumağa çalışır, yəni onlara münasibətdə. İndiki vəziyyətdə o qüvvələrdən ayrı-ayrılıqda heç birinin erməni baş naziri devirmək gücləri yoxdur. Bir araya gələ bilərlərmi? Xeyr. Bu da tam mümkünsüzdür. Qərbmeyllilərlə rusmeyllilər necə bir araya gəlsinlər? Eləcə də, revanşist qüvvələr bunları necə qəbul etsin? Ona görə də, Paşinyana ona müxalif olan qüvvələrin pərən-pərən düşməsi tam sərf edir. Bu qüvvələrin özləri də tutduqları postları indiki vəziyyətdə itirmək fikrində deyillər. Gələcəyə baxırlar. Yaxşı bilirlər ki, Paşinyanın xalq arasında reytinqi hələ də 50+ üzərindədir. Erməni baş nazirin son kadr dəyişiklikləri xalqa yönəlik imitasiya xarakteri daşıyır. Nikol ara-sıra belə dəyişikliklər edir. Son dəyişikliklər də əvvəlkilər silsiləsindəndir”.

Cavanşir Abbaslı: “Erməni baş nazirin vəziyyəti Azərbaycanla sülh müqaviləsi rəsmi Bakının şərtləri daxilində imzalanandan sonra gərginləşəcək və reytinqində ciddi itirmələr olacaq”.

Siyasi-şərhçi gələcək baxımdan Paşinyanın vəziyyətinin ürəkaçan olmayacağını düşünür:

“Erməni baş nazirin vəziyyəti Azərbaycanla sülh müqaviləsi rəsmi Bakının şərtləri daxilində imzalanandan sonra gərginləşəcək və reytinqində ciddi itirmələr olacaq. Bunu o bilməmiş deyil. Ona görə də, son ana qədər sülh müqaviləsinin ömrünü uzatmağa çalışır. Lakin bıçaq sümüyə dirənib. Nikol dalana dirəndiyinin fərqindədir. Onun üçün də son çabalarını göstərir.

Hazırda ölkəmizdə keçirilən COP29-a da “ağalarının” göstərişi ilə gəlməməsi bundan xəbər verir. Amma heç nəyə nail ola bilməyəcək. Yaxın zamanlarda bu sülh müqaviləsi imzalanacaq. Paşinyan ağlını başına yığıb təcavüzkar xalqını indidən bu sülh müqaviləsini qəbul etməyə hazırlasın. Başqa çarələri də zatən yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr