Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Xorvatiyaya 842 milyon 638 min dollar dəyərində 1 milyon 375 min ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 367 milyon 186 min dollar və ya 77,2% artıb.
Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 71,4% artıb.
Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub. İlk 10 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 847,2 milyon dollara bərabər olub.