AZ

Mask Time jurnalının üz qabığındakı “tapşırıqlar siyahısı”na münasibət bildirdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, amerikalı sahibkar İlon Mask Time jurnalının üz qabığında dərc olunan "tapşırıqlar siyahısı"na münasibət bildirib və bununla heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Bununla belə, siyahıda yer alan bəzi məsələlər həqiqətən də onun digər planetləri kolonizasiya etmək məqsədinin əsas hissəsini təşkil edir.

ABŞ prezident seçkilərindən sonra buraxılan dekabr nömrəsinin üz qabığında Maskın şəkli və guya ona aid olan tapşırıq və nailiyyətlərin siyahısı yer alıb. Siyahıdakı məsələlərdən yalnız ikisi hələ də həyata keçirilməyib: ABŞ-ın federal xərclərinin iki trilyon dollar azaldılması və Marsa uçuşun reallaşdırılması.

"Mətbuata heç bir müsahibə verməmişəm və bu siyahı mənə məxsus deyil. Mən sadəcə şüurun mövcudluğunu maksimuma çatdırmaq üçün həyatın çoxplanetli olmasına çalışıram," - Mask X sosial şəbəkəsində yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr