AZ

Doğum sayları nə üçün azalır? - 3 SƏBƏB

Son zamanlarda doğum sayları əvvəlki illərə nisbətən azalmağa doğru davam edir. 

Hər dəfə yenilənən siyahıda bu tendensiyanı görmək mümkündür. Maraqlıdır ki, artıq çoxuşaqlı ailələrin sayı kəskin azalıb. Hətta yox deyə biləcəyimiz səviyyədə azdırlar. Yəni insanlar 1, ən yaxşı halda 2 uşaq sahibi olmaq istəyirlər. Bu isə doğum saylarının kəskin azalmasına gətirib çıxarır. 

Bəs doğum saylarının azalmasına təsir edən digər faktorlar nələrdir? 

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Hit.az-a açıqlama verib. O bildirib ki, doğum saylarının əvvəlki illərə nisbətən azalmasının bir neçə səbəbi var:

362898

"Doğum saylarının aşağı düşməsinin bir səbəbi boşanmaların çox olmasıdır. Boşananlar hazırda az qala 50 faiz həddindədir. Yəni demək olar ki, evlənənlərin yarısı bir müddət sonra boşanır. Boşanmaların çoxalması isə doğum saylarının azalmasına gətirib çıxarır". 

Ekspert qeyd edib ki, müasir dövrün diqtə etdiyi həyat qanunları var:

"Yəni müasir insan çoxuşaqlı ailəni sevmir. İndiki valideynlər çox uşağa deyil, özlərinə daha çox diqqət ayırmağı sevirlər. Bir çox hallarda individualist olublar. Bu isə uşaq doğumlarının az olmasına zəmin yaradır. 

Bunan başqa, müasir ailələr uşaqlarına rifahlı həyat bəxş etmək istəyirlər. Az uşaq istəyirlər ki, onları daha yaxşı təmin edə bilsinlər".

Pərviz

Seçilən
8
hit.az

1Mənbələr