AZ

Şoltsa hərbi nazirlikdən dəstək gəldi

Almaniyanın müdafiə naziri Boris Pistorius 23 fevral 2025-ci ildə keçiriləcək növbədənkənar seçkilərdə federal kansler postuna namizəd kimi iştirak etməyəcək.

Bu barədə Bakupost.az "Reuters”ə istinadən xəbər verir.

"Mən indicə partiyamızın və parlament fraksiyalarının rəhbərlərinə federal kansler vəzifəsinə namizədliyimi irəli sürməyəcəyimi bildirdim", deyə Pistorius bildirib.

O, bunun onun "suveren, şəxsi və tamamilə şəxsi qərarı" olduğunu vurğulayıb.

Qeyd olunur ki, indi Almaniyanın hazırkı kansleri Olaf Şolts ikinci müddətə namizədliyini irəli sürəcək. Bundan əvvəl Almaniya Sosial Demokrat Partiyası (SDP) hazırkı kansler Olaf Şoltsu Pistoriusun xeyrinə istefa verməyə çağırıb. Buna səbəb partiyanın səsvermədə geri qalması, müxalifətdəki mühafizəkarlar və ifrat sağçılardan sonra üçüncü yerdə olması olub.

Eyni zamanda, noyabrın 21-də Pistorius ilk dəfə Şoltsu tam dəstəkləyib və onu "görkəmli federal kansler" adlandırıb.

"O, son onilliklərin bəlkə də ən böyük böhranında üç partiyadan ibarət koalisiyaya rəhbərlik edib", deyə Almaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

"Reuters"in məlumatına görə, SDP rəhbərliyi gələn həftədən etibarən Şoltsun kansler vəzifəsinə namizədliyini rəsmi şəkildə irəli sürməyə çalışacaq.

Xatırladaq ki, Almaniyanın hakim koalisiyası kansler Olaf Şoltsun noyabrın 6-da maliyyə naziri Kristian Lindneri istefaya göndərməsindən sonra dağılıb. Onun ardınca Azad Demokrat Partiyasından olan digər nazirlər istefa verib.
Seçilən
23
bakupost.az

1Mənbələr