AZ

Məşhur şirkət pula qənaət etmək üçün iş saatını və maaşları azaldır

Texnologiya nəhəngi "Bosch" 2025-ci ilin mart ayından Almaniyadakı zavodlarında, o cümlədən Gerlingen qərargahı və Ştutqart bölməsində çalışan 450 işçinin iş saatlarını azaldacağını elan edib.

Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, artıq bu işçilər əvvəlki 38-40 saat əvəzinə, həftədə 35 saat çalışacaqlar. Bunun nəticəsində onların əməkhaqqı da azalacaq.

Eyni zamanda, şirkətin törəmə müəssisəsi olan "Bosch Engineering" oktyabr ayından 2300 işçinin iş saatlarını həftədə 40-dan 37-yə endirib. 2025-ci ilin əvvəlindən isə bu rəqəm daha da azaldılaraq 36 saat olacaq.

İş vaxtının qısaldılması "Bosch"un xərcləri azaltmağa yönəlmiş strategiyasının bir hissəsidir. Şirkət əlavə olaraq dünya üzrə 7 mindən çox iş yerini ixtisar etməyi planlaşdırır. Bu ixtisarların əsas hissəsi avtomobil sektoruna, həmçinin elektrik alətləri və məişət texnikası istehsalına təsir edəcək.

Seçilən
11
publika.az

1Mənbələr