AZ

III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova

Üç ildir davam edən Rus-Ukrayna müharibəsi yeni bir mərhələyə qədəm qoyub. Ukraynanın ABŞ və Böyük Britaniyaya məxsus raketlərlə Rusiyanı vurması ilə bölgədə gərginlik daha da artıb. Rusiya isə bu hücumlara qitələrarası ballistik raketlər ataraq cavab verib. Hadisələrin gedişi hər ötən dəqiqə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.

Milli.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında NATO və ABŞ-nin son on ildə Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan hərbi infrastruktur layihələri həyata keçirdiyini qeyd edib.

Zaxarova bildirib ki, belə bir şəraitdə Rusiya əks tədbirlər görüb və bu tədbirlər çərçivəsində Polşada yerləşən NATO-nun raketdən müdafiə bazası potensial hədəf olaraq müəyyən edilib. O, bu hərbi bazanın "gərəkli olduğu təqdirdə müasir silahlarla zərərsizləşdirilə biləcəyini" vurğulayıb.

Eyni zamanda, Zaxarova Polşa bazasının qurulmasını NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırmağa yönəlmiş "təxribat xarakterli və sabitliyi pozan addım" kimi dəyərləndirib. O, bu addımın strateji sabitliyə zərbə vurduğunu və nüvə risklərini artırdığını bildirib.

Bölgədəki bu artan gərginlik beynəlxalq səviyyədə narahatlıqlara səbəb olmaqla yanaşı, münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları da artırır. (haberler)

İslam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
5
milli.az

4Mənbələr