AZ

Mumbay-Münhen reysi ilə uçan təyyarə Bakıda məcburi eniş edib

"Lufthansa" aviaşirkətinin Mumbai-Münhen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti xəbər verir.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Belə ki, "Airbus A350" tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
17
49
oxumeni.az

10Mənbələr