AZ

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsalimza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişafməqsədlərinə töhfə verməyə davam edir. Kağız istehsalını azaltmaqlaətraf mühitin qorunmasını hədəfləyən bu rəqəmsal həll yaşıltexnologiyaların təşviqinə xüsusi önəm verir. Bu istiqamətdə SİMABakıda keçirilən COP29 tədbirini dəstəkləyərək qlobal iqlimdəyişikliklərinə qarşı mübarizədə aktiv iştirakını bəyan edir.SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə dahayaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.

“SİMA İmza” brendi altında və mobil tətbiq şəklində çalışan butexnologiya yalnız hüquqi etibarlılığa və təhlükəsizliyəfokuslanmır. Həm də yaşıl texnologiyaların tətbiqi və ekosisteminqorunması istiqamətində də vacib töhfələr verir. Hazırda 60-dan çoxtərəfdaşı olan SİMA ilə qurumlar bir çox fiziki xidmətlərirəqəmsallaşdırıblar. SİMA ilə bu günədək həyata keçiriləntranzaksiyalar nəticəsində hər hansı fiziki iştirakçılıq olmadan,kağız sənədlər istifadə edilmədən milyonlarla sayda imzalama,təsdiqləmə və ya elektron sistemlərə giriş edilib. Bu həcmdəkağızsız əməliyyat isə yüzminlərlə ağacın kəsilməkdən xilasedilməsi deməkdir.

Nəticə etibarilə SİMA yeni nəsil rəqəmsal imzadan istifadəağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığınazalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həmdə istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarınada qənaət etmə imkanı yaradır.

Qeyd edək ki, kağız istehsalı böyük miqdarda ağacın kəsilməsinitələb edən prosesdir. Hesablamalara görə, bir ton kağız istehsalıüçün təxminən 17 ağac kəsilir. Orta hesabla hər il dünyada 400milyon ton kağız istehsal edildiyini nəzərə alsaq, bu, hər ilyüzminlərlə ağacın kəsilməsi deməkdir. Başqa bir nümunə gətirsək,günümüzdə bank filiallarında bir kredit müqaviləsininhazırlanmasına təxminən 50 vərəq sərf edilir. Rəqəmsal sənədləşməsayəsində isə bu göstəricini 80%-ə qədər azaltmaq mümkündür.

Bu gün artıq 1000-dən çox elektron xidmət SİMA ilə əlçatandır.Aparılmış monitorinqə görə, təkcə banklarda SİMA ilə kredit verməmüddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalır. “SİMAİmza” həm də bölgələrdə yaşayan sakinlərin xidmət mərkəzlərinəgəlmə asılılığını aradan qaldırır ki, bu da enerjiyə (yanacağa)qənaət, dolayı yolla təbiətə buraxılan zərərli qazların azaldılmasıdeməkdir.

Nəticə olaraq rəqəmsal sənədləşmənin genişlənməsi karbon izininazalmasına, su və enerji sərfiyyatının optimallaşmasına gətiribçıxarır. Bu cür dəyişikliklər yalnız ətraf mühitin qorunmasınadeyil, həm də davamlı və yaşıl texnologiyalar əsasında inkişaf edənbir gələcəyə xidmət edir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlıdaha ətraflı məlumatı www.sima.azsaytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etməkmümkündür.

Seçilən
4
12
az.trend.az

10Mənbələr