AZ

Ermənistan konstitusiya dəyişikliyinə nə vaxt gedəcək? - Açıqlama

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması zaman ala bilər. Çünki konstitusiyanın dəyişdirilməsi qısa vaxtda mümkün deyil. Paşinyan açıqlama vermişdi ki, 2027-ci ildə konstitusiya dəyişikliyi ola bilər. Amma erməni müxəlifətinin referendumu pozması da mümkündür. Referendumun olması üçün ən azı 50 faizlik səsvermə üstünlüyünə malik olmaq lazımdır. Sonuncu parlament seçkilərində isə Paşinyan 50 faizdən artıq səs toplamışdı”.

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Rasim Musabəyov söyləyib.

O bildirib ki, konstitusiya dəyişikliyinə gedilsə, Azərbaycan ərazilərinə qarşı hansısa bir iddia mövcud olmayacaq: “ Öncə Ermənistanın müstəqillik bəyannaməsindəki həmin bəndləri aradan qaldırmağa çalışır. Daha sonra referendumala konstitusiyaya ediləcək dəyişiklər fonunda həmin istinad aradan qalxmış olacaq”.

Sevinc,
BakuPost
Seçilən
8
1
bakupost.az

2Mənbələr