Rusiya Ukraynada münaqişənin gərginləşməsinə, o cümlədən Şimali Koreya qoşunlarının cəlb olunmasına görə tam məsuliyyət daşıyır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Evin sözçüsü Karin Jean-Pierre, “Hər mərhələdə eskalasiya Rusiyadan gəlir” dedi və əlavə etdi ki, Birləşmiş Ştatlar Moskvanı Ukrayna münaqişəsinə başqa ölkələri cəlb etməmək barədə xəbərdarlıq edib.
Jan-Pier əmin edib ki, prezident Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası Ukraynaya fəal şəkildə yardım göstərməyə davam edəcək.
Bundan əlavə, dünən Rusiya Ukraynaya yeni orta mənzilli ballistik raketlərlə hücum etdi və analitiklərin fikrincə, bu, Baydenin Kiyevə Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli ABŞ raketlərindən istifadə etməyə icazə vermək qərarına cavab idi.