AZ

COP for Hope: COP29 danışıqları ilə bağlı yekun qərarı səbrsizliklə gözləyirik - Amerikalı professor

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz ABŞ-nin Moravianuniversitetinin Ekologiya və Təkamül Biologiyası kafedrasınınprofessoru Mark Urbandır.

Müsahibimiz Trend-ə bildirib ki, əsas odur tələbələri COPtəcrübəsini və yeni mədəniyyəti öyrənmə imkanı əldə edəbiliblər.

O, COP29 danışıqları ilə bağlı yekun qərarı səbrsizlikləgözlədiyini bildirib:

"Danışıqlar haqqında danışmaq hələ tezdir. Bu nöqtədə hələ dəson sözü eşitməyi səbrsizliklə gözləyirik".

Professor Azərbaycan mətbəxi və Bakı haqqında təəssüratlarını dabölüşüb:

"Burada çox gözəl vaxt keçirdik. Bakıya özümüzlə bir çox tələbəgətirmişik. Onlar burada yeni bir mədəniyyətlə tanış oldular.Xüsusən də mətbəxinizi bəyəndiyimizi qeyd etməliyəm. Ləziz təamlarıdadmaqdan həzz aldıq. Kabab çox möhtəşəm dada malik idi. Çörək vəçayınızı bəyəndiyimizi demək istəyirəm. Tələbələrimlə İçərişəhər vəBakıətrafı kəndləri gəzmək fürsətimiz oldu. Bu, bizim üçün gözəlbir təcrübədir. Bir qutu paxlava alıb tələbələrlə bölüşdük. Çoxdadlı idi".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

2Mənbələr