AZ

Azərbaycanlı müğənni sevgilisini üzə çıxardı

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni və şoumen Timur Rodrigez ilk dəfə yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxıb.

OLAY yazır ki, cütlük Vladimir Mayakovski adına Teatrda “Luminary” şousundan “Məhəbbət simfoniyası” proqramının və Pavel Qoqadzenin rəhbərliyi ilə “Arzular orkestrinin” kamera kompozisiyasının nümayişində yer alıb.

Sevgililər uzun müddətdir birlikdə olsalar da, lakin münazibətlərini bu yaxınlarda ortalığa çıxarıblar.

Qeyd edək ki, T. Rodriguez 16 illik evliliyini bir anın içində sonlandırıb. Müğənni açıqlamasında bildirib ki, o həyat yoldaşı Anna Devoçkina onunla ayrılmasını telefon vasitəsi ilə elan edib. Timur və Anna gecə klubların birində tanış olublar və 2007-ci ildə şoumen sevgilisinə “Etna” dağının zirvəsində evlilik təklif edib. 

Cütlüyün münasibətlərini 2007-ci ilin avqustunda rəsmi olaraq qeydə alınıb və 2009-cu il martın 10-da Timur və Annanın Migel adlı oğlu dünyaya gəlib. 2012-ci ilin oktyabrında cütlüyün Daniel adlı daha bir oğlan övladı doğulub.

Seçilən
17
4
olay.az

5Mənbələr