AZ

Azərbaycanın istehsal etdiyi “İstiqlal” snayper tüfəngini istifadə edən ölkələr açıqlandı

Azərbaycanın istehsal etdiyi “İstiqlal” snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur.

Bu sözləri Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Bəybala Bağırbəyli “Qazax” Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, “İstiqlal” snayper tüfəngi döyüş əməliyyatlarında uğurla istifadə olunub:

“Silahın satışı məhduddur və az sayda ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir”(report).

Seçilən
13
13
azpost.info

10Mənbələr