AZ

Qazaxın 4 kəndində minə yaxın müşahidə-nəzarət kameraları quraşdırılıb - DSX generalı

Qazax. Bakı:

Azərbaycan-Ermənistan şərti sərhəddində yerləşən, uzun müddətErmənistan işğalı altında qalmış Qazax rayonunun 4 kəndində minəyaxın müşahidə-nəzarət kameraları quraşdırılıb.

Bu barədə Trend-ə "Qazax"əlahiddə sərhəd diviziyasına səfər edən jurnalistlərə diviziyakomandiri, general-mayor Misir Əliyev məlumat verib.

"Qazaxın işğaldan azad edilmiş Bağanıs Ayrım, Qızılhacılı, AşağıƏskipara və Xeyrımlı kəndlərində quraşdırılan müşahidə-nəzarətkameraları Ermənistanla şərti sərhəddin böyük hissəsi və Gürcüstanrespublikası ilə sərhəddin bir hissəsinə nəzarət edir. Uzaqdanidarə olunan kameralar əməliyyat şəraitinə tam nəzarət edilməsinəböyük dəstək verir", - general əlavə edib.

Qeyd edək ki, Dövlət sərhəd xidmətinin təşkilatçılığı ilə SərhədQoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası və"Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisinə mediatur təşkilolunub. Jurnalistlər Qazax rayonu ərazisində yerləşən sərhəd döyüşməntəqələrinə də səfər edəcək.

Məqalədə:
Seçilən
3
10
az.trend.az

10Mənbələr