AZ

Şimali Koreyadan olan general Kurskda yaralanıb

Ukraynanın Kursk bölgəsinə Britaniya istehsalı olan “Storm Shadow” raketləri ilə zərbələr endirməsi nəticəsində Şimali Koreya ordusunun yüksək rütbəli generalı yaralanıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri yazıb.

Qərb rəsmiləri bu məlumatı təsdiqləyiblər. Lakin Şimali Koreyanın yüksək rütbəli məmurunun kimliyi açıqlanmır.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In noyabrın 21-də verdiyi bəıyanatda Koreya yarımadasındakı gərgin vəziyyətin ən dağıdıcı termonüvə müharibəsinə gətirib çıxara biləcəyini deyib. 

Seçilən
7
4
cebheinfo.az

6Mənbələr