"Əl-Nəsr" hücumçu Yusif En-Nesri üçün "Fənərbağça"ya bonuslar nəzərə alınmadan 30 milyon avro təklif edib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunçoğlu "X" sosial şəbəkə hesabında məlumat verib.
Türkiyə klubu 27 yaşlı mərakeşli futbolçunun oyunundan razı olduğu və mövsümün ortasında ona əvəzləyici tapmaq çətin olacağı üçün təklifi rədd edib.
Futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədərdir. "Transfermarkt" portalı onun dəyərini 22 milyon avro qiymətləndirir. Bu mövsüm En-Nesri bütün turnirlərdə 17 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.