AZ

Netanyahu əsəbləşdi: Həbs qərarını hansı ölkələr həyata keçirəcək?

İsrailin baş naziri Netanyahuya Qəzzada törətdiyi hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarının əks-sədası davam edir.

Turkustan.az xəbər verir ki, Qəzzadakı soyqırımın memarı Netanyahu bu qərarı “antisemitizm” adlandırıb. ABŞ prezidenti Bayden Netanyahuya dəstək bəyanatı verib.

Bu qərar Netanyahu və Gallantın dünyanın 124 ölkəsinə girişinin məhdudlaşdırılacağı anlamına gəlir. İsrail mətbuatında yer alan xəbərlərə görə, Fransa, Belçika, Hollandiya və İordaniya Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında həbs qərarına əməl edəcəklərini açıqlayıb.

TRT News-da yer alan məlumata görə, ABŞ prezidenti Co Bayden BCM-nin İsrail rəsmiləri ilə bağlı qərarını “utanc verici” olaraq qiymətləndirib:“Biz İsrailin təhlükəsizliyini təhdid edənlərə qarşı həmişə İsrailin yanında olacağıq".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
29
turkustan.az

1Mənbələr