AZ

NATO Baş katibi Trampla görüşmək istəyir- Nələri müzakirə edəcək?

NATO Baş katibi Mark Rutte Ukrayna üzrə sülh danışıqları strategiyasını müzakirə etmək üçün ABŞ prezident seçkilərinin qalibi Donald Trampla görüşmək istəyir.

Azpost.info xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən “Washington Post” yazır.

“Rutte Ağ Evin gələcək rəhbərinin diqqətinə çatdıracaq ki, Rusiyaya güzəştləri ehtiva etməyən və Ukraynaya etibarlı təhlükəsizlik təminatları verən sülhün bağlanması onun və Avropanın maraqlarına uyğundur”, – nəşr qeyd edir.

ABŞ-ın yeni prezidenti ilə görüş Mar-a-Laqo iqamətgahında baş tutacaq.

Azpost.info

Seçilən
15
azpost.info

1Mənbələr