AZ

Qazaxda maraqlı hadisə - Sərhəd xətti Xeyrimlidəki evlərdən birinin ortasından keçir - FOTO

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.

Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycan tərəfinəd təhvil verilib.

Qazax rayonunun bu ilin mayında işğaldan azad olunmuş Xeyrimli kəndində aparılan delimitasiya və demarkasiya işləri zamanı maraqlı hadisə baş verib.

Bu barədə Modern.az-ın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasına və Qazaxın işğaldan azdan olunan kəndlərinə təşkil etdiyi mediaturuna qatılan əməkdaşı xəbər verib.

Əməkdaşımızın Qazaxdan verdiyi məlumata görə, Xeyrimlidə aparılan delimitasiya və demarkasiya işləri zamanı kəndə tikilmiş evlərdən biri sərhəd xəttinin üzərinə düşüb. Belə ki, sərhəd müəyyənləşdirlərkən işğal dövründə ermənilər tərəfindən qanunsuz tikilmiş həmin evin bir hissəsi Azərbaycan, digər hissəsi isə Ermənistan tərəfə düşüb.

"Qazax" əlahiddə sərhəd diviziyasın komandiri Misir Əliyev bildirib ki, tikanlı məftillər binanın balkonundan çəkilib.  

Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının delimitasiya komissiyaları arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd mzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

 24 may 2024-cü il tarixində həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Mail Ağaxanov

Seçilən
0
44
modern.az

10Mənbələr