AZ

Ötən rüb ərzində saxta domenlərin sayı kəskin artıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə679 milyon 430 min zərərli keçid, son istifadəçilərdə quraşdırılanmərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 818 min 400, kompütervə proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan“Sandbox” mühafizə sistemi vasitəsilə isə 185 min 163 zərərvericitərkibli elektron sənəd blok edilib.

Trend xəbərverir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidməti məlumat yayıb.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməkləIII-cü rüb ərzində dövlət qurumları domenlərinə (gov.az)bənzədilmiş 53, ümumilikdə cari ilin doqquz ayı ərzində isə 77saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

Seçilən
15
25
az.trend.az

10Mənbələr