AZ

Bakıda mağazalar şəbəkəsi adminstratorundan şikayətçi oldu, məhkəmə bəraət verdi

Yasamal Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sirac Əsədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.


İttihama görə, Sirac Əsədli mağazalar şəbəkəsinin birində adminstrator vəzifəsində çalışıb.


Belə ki, o, 2020-2022-ci illərdə mağazada işlədiyi dövr ərzində filiala məxsus 10 039,72 manat pulu mənimsəyərək talayıb.


Sirac Əsədli məhkəmədə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, qeyd edilən əməlləri törətməyib. Söyləyib ki, onun ali təhsili yoxdur, orta məktəbdə cəmi ikinci sinfə kimi oxuyub, mətn yazmaqda və oxumaqda çətinlik çəkir:


“Buna baxmayaraq, 2019-cu ilin dekabr ayında MMC-də satıcı-kassir kimi işə düzəlmişəm. Həmin MMC-yə məxsus müxtəlif ərazilərdə yerləşən mağazalarda işləmişəm. Mağazaya gün ərzində 2000-2500 nəfər insan daxil olur və bunların 700-750 nəfəri müştəri olur. Sonuncu işlədiyim filial yerləşən ərazidə narkomanlar çox olduğu üçün mağazaya girənlərin çoxu narkomanlar olur və ona görə də xeyli sayda xırda oğurluq hadisələri baş verir. Eyni zamanda, kassir işləyən işçinin də dəfələrlə mağazaya məxsus ümumilikdə 200-300 manat dəyərində məhsulları sataraq pulu kassaya vurmaması halları olub. Bu barədə o, dəfələrlə rəhbərliyə şifahi məlumatlar vermişəm. Sözügedən filialda müdir işlədiyim zaman 10 039,72 manat dəyərində malların mağazadan çıxararaq kassaya mədaxil etmədən hansısa şəxslərə satmağım və əldə etdiyim həmin pul vəsaitini özümün şəxsi ehtiyaclarıma sərf etməyimlə bağlı deyilə şər və böhtan olmaqla yalandır”.


Kamal Məmmədov




















Tarix: 22 Noyabr 2024, 11:43   
Seçilən
19
pravda.az

1Mənbələr