““Bitcoin" maliyyə piramidası kimi bir şeydir. Hər bir halda özəl sektorun dövlət sektorunun əlidən pul nişanı inhisarını almaq cəhdidir. Tarix boyu həmişə belə olub. Biz indi öyrəşmişik ki, pulu dövlət buraxır. Tarixən isə pulu buraxmaq özəl əllərdə olub. Hər kəs qızılın, gümüşün üstünə möhürünü vurub, pul buraxa bilirdi. Sonradan dövlətlər bunu əllərinə aldılar. Özəl sektor isə kağız pul buraxmağa başladı. Yəni kağız pulları da əvvəlcə özəl banklar buraxıb. Sonra dövlət bu sahəni də əlinə aldı. İndi də “Bitcoin” - kriptovalyuta deyilən bir şey çıxıb. Onsuz da əvvəl-axır dövlətlər bunu da əllərinə alacaqlar. Artıq prosesə başlayıblar”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Dövlətin də kriptovalyutaları buraxılır. Aydındır ki, “Bitcoin” oyunu əvvəl-axır bitəcək. Sadəcə, bunun nə vaxt baş verəcəyini heç kim deyə bilmir. Ola bilər ki, sadə vətəndaşlar qısa, orta müddətli nəsə qoyub qazanırlar, amma son nəticədə hər bir maliyyə piramidasında olduğu kimi axırıncılar uduzacaqlar”, - o bildirib.
Aytəkin Qardaşova