AZ

BMT Putinin açıqlamalarından sonra Rusiya və Ukraynaya müraciət edib

BMT baş katibinin sözçüsü Stephane Dujarric, BMT Baş Katibinin Ofisi Rusiya və Ukraynanı münaqişənin gərginliyini azaltmaq üçün “təcili addımlar atmağa” çağırır. Məlumatı RİA “Novosti” verib. 

Rusiya prezidenti Vladimir Putinin ən yeni orta mənzilli “Oreşnik” raketinin sınağı ilə bağlı bəyanatlarını şərh edən Düjarrik Moskvanın özünü Rusiyaya qarşı silahlarından istifadə etməyə icazə verən ölkələrin hərbi obyektlərinə qarşı silahdan istifadə etmək hüququna malik sayması faktını şərh edərkən deyib: “Bütün bunlar yanlış istiqamətdə gedir”. O, həmçinin bu inkişafı “narahatedici” adlandırıb.

“Biz istəyirik ki, bütün tərəflər vəziyyətin gərginliyini azaltmaq üçün təcili addımlar atsınlar, dəfələrlə dediyimiz kimi, mülki əhalinin müdafiəsi, mülki hədəflər və ya mühüm mülki infrastrukturun hədəfə alınmamasını təmin etsin. Bizim istədiyimiz Baş Assambleyanın qətnamələrinə, beynəlxalq hüquqa və ərazi bütövlüyünə uyğun olaraq, bu münaqişəyə son qoyulmasıdır”, - deyə baş katibin nümayəndəsi əlavə edib.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
21
xalqqazeti.az

1Mənbələr