Yunanıstana qaçmağa çalışan terror təşkilatı PKK üzvü Ədirnədə saxlanılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri hərbçilərin qadağan olunmuş bölgəsində keçirdikləri əməliyyat zamanı terror təşkilatı PKK üzvü olduğu müəyyən edilən F.Y.-ni Yunanıstana keçmək istəyərkən yaxalayıb.
\"Silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olduğu müəyyən edilən şübhəlinin barəsində polis əməliyyatı davam etdirilir.
Gülay