Cari ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 679 milyon 430 min zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 818 min 400, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan “Sandbox” mühafizə sistemi vasitəsilə isə 185 min 163 zərərverici tərkibli elektron sənəd blok edilib.
Herbiand.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə III rüb ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 53, ümumilikdə cari ilin doqquz ayı ərzində isə 77 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.