Şərqi Azərbaycan əyalətinin Hadişəhr şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə əyaləti Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat yayıb.
Onun sözlərinə görə, minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində 4 nəfər həyatını itirib.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində Şərqi Azərbaycan əyalətində 588 nəfər yol qəzalarında həlak olub, 10543 nəfər yaralanıb.
visiontv.az