AZ

Bu insanlar daha ağıllı olurlar, çünki... – Maraqlı araşdırma

Ailələrin ilk övladlarının digərlərinə nisbətdə daha ağıllı olduğu üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Edinburq və Sidney Universitetlərinin alimləri birgə araşdırma aparıblar.

 

Tədqiqat zamanı 14 yaşa qədər 5 000 uşağın göstəriciləri analiz edilib. Məlum olub ki, valideynlər ən çox diqqəti ilk övladlarına ayırırlar. Onlar növbəti uşaqları ilə daha az zaman keçirir, daha az söhbət edir və az oyun oynayırlar.

 

Bu səbəbdən ilk övladların qavrayış və zəka bacarıqları, həmçinin dünya görüşü digərlərindən daha yaxşı olur.

 

Ülkər Abdurahmanlı

Sfera.az

Seçilən
32
2
sfera.az

3Mənbələr