“Rusiya dinc əhaliyə qarşı terror aktı törətmək və Ukraynanın müttəfiqlərini qorxutmaq istəyir”.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu NATO-nun sözçüsü Fərəh Daxlallah deyib.
“Rusiyanın bu cür davranışı nə münaqişənin gedişatını dəyişəcək, nə də NATO müttəfiqlərini Ukraynaya dəstək verməkdən çəkindirəcək”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Rusiya ötən gün ilk dəfə olaraq Dneprə qitələrarası ballistik raket zərbəsi endirmişdi.
Daşqın HəsənovMissiya.Az