FIFA referisi Kamal Umudluya növbəti təyinat verilib.
Fanat.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Jirona” (İspaniya) oyununda ədaləti qoruyacaq.
Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 27-də Avstriyanın Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.