AZ

Kamala Harris haradadır?

ABŞ prezident seçkilərində məğlub olduqdan sonra vitse-prezident Kamala Harris ailəsi ilə birlikdə Havayda istirahət edir.

Editor.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib. “Vitse-prezident ailəsi ilə vaxt keçirmək üçün işdən ara verib.

Düşünmürəm ki, bunda pis bir şey var. Düşünürəm ki, o, ailəsi ilə və işsiz vaxt keçirməyə layiqdir, çünki son dörd il ərzində çox çalışıb”, – mətbuat katibi brifinq zamanı deyib.
Qeyd edək ki, Kamala Harris 19 noyabr çərşənbə axşamı Havay adalarına uçub. Seçkiləri uduzduqdan sonra o, Vaşinqtonda tərəfdarları qarşısında çıxış edib və məğlubiyyətini etiraf edib, Donald Trampı qələbəsi münasibətilə təbrik edib və hakimiyyətin sülh yolu ilə ötürüləcəyinə söz verib. Daha sonra 11 Noyabr Veteranlar Günü tədbirlərində iştirak edibi və bir daha ictimaiyyət qarşısına çıxmayıb.

Keçən həftə “The New York Times” vitse-prezidentin son 20 ildə ümumxalq səsverməsini itirən ilk Demokratik prezidentliyə namizəd olduğunu yazmışdı. Qəzet qeyd edib ki, xanım Harris 15 həftəlik kampaniyaya 1,5 milyard dollar xərcləməsinə baxmayaraq, bütün əsas ştatları seçilmiş prezident Donald Trampa uduzub.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr