AZ

Paşinyanın rədd edilən istəyi: Bakıya buna görə gəlmədilər

Ermənistan Baş naziri Nikol Paşinyanın COP29-da iştirak üçün Azərbaycandan istəyi olub.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistan rəhbərliyinin COP29-da iştirak etməməsi sülh prosesinə mənfi təsir göstərməyəcək. Baxmayaraq ki, Bakı erməniləri dəvət eləmişdi, onlar da iştirak üçün qeydiyyatdan keçmişdilər. Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı Bakıya o şərtlə göndərmək istəyirdi ki, Azərbaycanda həbsdə olan erməni terrorçularının bəziləri İrəvana təhvil verilsin. Əlbəttə, Azərbaycan belə bir şərti qəbul edə bilməzdi, etmədi”, - ekspert vurğulayıb.

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan COP-da iştirak etsəydi belə, heç nə dəyişməyəcəkdi:

“Buna görə də, Paşinyan daxili etirazı da nəzərə alaraq, Bakıya nümayəndə heyəti göndərmədi. Bakı bu şərtlə razılaşıb terrorçuları azad etsəydi, İrəvan qəbuledilməz şərtlərinə davam edəcəkdi. Ermənistanın xisləti belədir, ona güzəştə gedən kimi, ayağının altı yer alır. Üstəgəl, ağır cinayətlər törətmiş və bu əməlləri faktlarla sübut edilmiş terrorçuların azad edilməsi hüquqa ziddir. Bakı bunu da nəzərə aldı”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
11
1
teleqraf.com

2Mənbələr