AZ

NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək

NATO-nun baş katibi Mark Rutte Ukrayna məsələsini müzakirə etmək məqsədilə yeni seçilmiş prezident Donald Trampla görüşmək üçün yaxın vaxtlarda ABŞ-a səfər edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.

"Mark Rutte Ukraynada münaqişənin başa çatdırılması üçün danışıqlar strategiyasını müzakirə etmək məqsədilə yaxın vaxtlarda Trampın Mar-a-Laqo iqamətgahına səfər edəcək", - qəzet yazır.

Rusiyanın hərəkətlərini təşviq etməyəcək və Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin edəcək ədalətli və uzunmüddətli sülhün zəruriliyi NATO baş katibinin çatdırmağa çalışacağı əsas ideya olacaq.

Qeyd edək ki, seçkilərdə qələbə qazandıqdan sonrakı çıxışında Tramp Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu bəyan edib.

Seçilən
15
8
musavat.com

9Mənbələr