Türkiyənin Çankırı şəhərində yas mərasiminə gedənləri daşıyan mikroavtobusunun xəndəyə aşması nəticəsində 29 nəfər xəsarət alıb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, dəhşətli qəza saat 07:30 radələrində Çankırı-Kızılırmak avtomobil yolunun Dedeköy ərazisindən keçən hissəsində baş verib.
Qeyd edək ki, yaralanan 29 sərnişinin hər biri xəstəxana yerləşdirilib.
Xəsarət alanlar arasında əslən İqdırdan olan azərbaycanlı da var.
Ağa Dadaşzadə
