AZ

Rejim Azərbaycanın adını dəyişməyə çalışır?

Ölkə əyalətlərinin elektrik enerjisinin kəsilməsi cədvəlində Şərqi Azərbaycanın adı təhrif edərək “Təbriz vilayəti” adlandırıb.

Qeyd edək ki, bundan əvvəl də İran hakimiyyəti Şərqi Azərbaycanın adını bir neçə dəfə təhrif edərək Təbriz əyaləti adlandırmışdı. Həmçinin, oxşar hal Qərbi Azərbaycan vilayətində də yaşanıb və bu vilayətin adı təhrif edilərək “Urmiya vilayəti” adlandırılıb.

Azərbaycanın tarixi adını və kimliyini silmək, coğrafi əhatəsini məhdudlaşdırmaq məqsədi daşıyan bu siyasət Azərbaycan türklərinin kimliyini inkar etmək və saxta adlarla əvəz etmək üçün təşkil edilmiş planın tərkib hissəsidir.

Təhlilçilər hesab edirlər ki, bu siyasətlər Azərbaycan bölgəsinin demoqrafik, coğrafi və mədəni tərkibini dəyişmək və farslaşma layihəsini gücləndirmək məqsədilə həyata keçirilir. 

visiontv.az



Seçilən
13
visiontv.az

1Mənbələr