Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1973-cü il təvəllüdlü S.Tahirov dünən axşam saatlarında həyat yoldaşı 1965-ci il təvəllüdlü R.Hüseynovanı bıçaqlayıb.
Evin yataq otağında əri tərəfindən bıçaqlanan qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb. S.Tahirov saxlanılıb.