AZ

“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...

Faktorinq biznesi ilə məşğul olan “Ferrum Capital” şirkəti dünən noyabrın 21-də Suraxanı məhkəməsində səkkiz vətəndaşa qarşı iddia qaldırıb...

Poliqon xəbər verir ki, dünən “Ferrum Capital” 47 mübahisəli məsələ ilə bağlı müştərilərinə qarşı müxtəlif rayon məhkəmələrinə müraciət edib.

Ümumilkdə “Ferrum Capital” şirkətinin məhkəmələrdə 1109 iddası var. Bu həftə isə “Ferrum Capital”ın müraciətləri əsasında 137 məhkəmə prosesi qeydiyyata alınıb. Şirkıət bu ayın ötən 3 həftəsi ərzində isə 492 mübahisəli məsələ ilə bağlı müştərilərinə qarşı məhkəmə iddiası qaldırıb.

Qeyd edək ki, son aylar “Ferrum Capital” öz müştəri və tərafdaşları ilə ödəniş məsələləri ilə bağlı problemlər yaşamaqdadır.

Xatırladaq ki, “Ferrum Capital” 2017-ci ildə yaradılıb və 2 000 manat nizamnamə kapitalı var. Şirkətin təsisçisi və Müşahidə Şurasının sədri Mohammad Reza Habib Zadeh-dir.

Qadir Cavadov isə “Ferrum Kapital” QSC-nin Baş icraçı direktoru (CEO) vəzifəsini icra edir.

“Ferrum Kapital” şirkəti “AGA Group”nun nəzdində fəaliyyət göstərir.

Şirkətin veb saytında bildirilir ki, “Ferrum Capital” ölkənin ilk müstəqil faktorinq şirkətidir. Məqsəd faktorinq xidməti sayəsində sahibkarlara maliyyə dəstəyi göstərməkdir.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr