AZ

Orbandan Netanyahuya BÖYÜK dəstək

Macarıstanın baş naziri Viktor Orban həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahuya dəstək bəyanatı verib.

News24.az xəbər verir ki, Orban bu gün verdiyi açıqlamada Netanyahunu Macarıstana səfərə dəvət edəcəyini və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Netanyahu haqqında çıxardığı həbs qərarına əməl olunmayacağına zəmanət verəcəyini bildirib.

Ölkəsi altı aydır Avropa Birliyinə sədrlik edən Orban dövlət radiosuna verdiyi açıqlamada BCM-nin həbs qərarının “yanlış” olduğunu və İsrail liderinin “kifayət qədər təhlükəsizliklə” Macarıstanda danışıqlar apara biləcəyini bildirib.

Xatırladaq ki, dünən Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant, eləcə də HƏMAS lideri İbrahim Əl Masri (Məhəmməd Deif) Qəzzadakı münaqişə zamanı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsə order verib.

Günel Məlikzadə

Seçilən
11
news24.az

1Mənbələr