AZ

Seçkidən sonra Tiflisdə ilk iclas: Zurabişvili çağırılmadı

Gürcüstan parlamentinin spikeri vəzifəsini icra edən Şalva Papuaşvili noyabrın 25-də 11-ci çağırışın ilk iclasının keçiriləcəyini açıqlayıb və deputatların qarşıdakı həftə üçün iş planını təqdim edib.

Teleqraf.com xəbər verir ki, spiker bu barədə brifinqdə məlumat verib.

“Prezident Salome Zurabişvilinin parlamentin səlahiyyətlərinin tanınması üçün iclası təyin etməməsi səbəbindən, Konstitusiyaya əsasən, ilk iclas Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin nəticələrini elan etməsindən ən gec 10 gün sonra keçirilməlidir. Biz Konstitusiyanın tələblərinə uyğun hərəkət edirik və ilk iclası noyabrın 25-də keçirəcəyik”, - deyə spiker qeyd edib.

Beləliklə, yeni parlamentin ilk iclasının keçiriləcəyi tarix prezidentin iştirakı olmadan qəbul edilib.

Xatırladaq ki, oktyabrın 25-də keçirən parlament seçkilərində hakim "Gürcü Arzusu" Partiyası qalib gəlib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
8
teleqraf.com

1Mənbələr